“Neftçi” Adrian Mutunu göndərdi - Yeni məşqçi axtarılır

“Neftçi” Adrian Mutunu göndərdi - Yeni məşqçi axtarılır

Hazırda oxunan: “Neftçi” Adrian Mutunu göndərdi - Yeni məşqçi axtarılır

170522

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənc çalışdırıcı Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”la matçdan öncə ölkəsinə yollanıb.

Klubdan Mutunun anasının vəfatı ilə əlaqədar vətəninə yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda “Qarabağ”a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib. 
Rumıniyalı çalışdırıcının köməkçiləri isə bu gün “Kəpəz”lə matçdan sonra vətəninə yollanacaq.

Gəncəlilərlə matç onlar üçün sonuncu olacaq. “Neftçi” rəhbərliyi isə artıq yeni məşqçi axtarışındadır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO