Alaba yenə ilin futbolçusu seçildi

Alaba yenə ilin futbolçusu seçildi

Hazırda oxunan: Alaba yenə ilin futbolçusu seçildi

170444

Avstriyada 2023-cü ilin ən yaxşı futbolçusu açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu, "Real"ın müdafiəçisi David Alaba olub. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Avstriya millisinin kapitanı karyerasında 10-cu dəfə, ardıcıl isə 4-cü dəfə ilin oyunçusu seçilib. Mükafat 2011, 2012, 2013, 2014, 2015, 2016, 2020, 2021 və 2022-ci illərdə də Davidə verilib.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2021-ci ildən "Real"da oynayır. O, 2009-cu ildən Avstriya millisinin üzvüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO