Azərbaycan Kuboku: Bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək

Hazırda oxunan: Azərbaycan Kuboku: Bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək

169848

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, ilk olaraq "Səbail" "Şamaxı"nı qəbul edəcək. 

"ASCO Arena"da baş tutacaq qarşılaşma saat 14:00-da başlayacaq. 

Günün ikinci görüşündə "Zirə" "Turan Tovuz"u sınağa çəkəcək. Matç saat 17:00-da start götürəcək. 

Qeyd edək ki, daha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıblar. Bu raundun "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları dekabrın 21-də baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO