Konfrans Liqasının püşkü atıldı: Mahir Emrelinin komandası “Betis”ə rəqib oldu

Konfrans Liqasının püşkü atıldı: Mahir Emrelinin komandası “Betis”ə rəqib oldu

Hazırda oxunan: Konfrans Liqasının püşkü atıldı: Mahir Emrelinin komandası “Betis”ə rəqib oldu

169606

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olublar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu İspaniya təmsilçisi “Betis”lə görüşəcək.
“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)

“Servett” (İsveçrə) - “Ludoqorets” (Bolqarıstan)

“Union” (Belçika) - “Ayntraxt” (Almaniya)

“Betis” (İspaniya) - Dinamo” (Xorvatiya)

“Olimpiakos” (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan)

“Ayaks” (Niderland) - “Budyo-Qlimt” (Norveç)

“Molde” (Norveç) - “Legiya” (Polşa)

“Makkabi” (Hayfa, İsrail) - Gent (Belçika)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO