Kalvin Fillips

Kalvin Fillips "Mançester Siti"dən GEDİR

Hazırda oxunan: Kalvin Fillips "Mançester Siti"dən GEDİR

169368

"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips qış transfer pəncərəsində komandanı tərk edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

28 yaşlı futbolçu baş məşqçi Xosep Qvardiolanın planlarına uyğun gəlmir. Ona görə də Fillips klubdan ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, Fillips ötən il “Lids”dən “Mançester Siti”yə 49 milyon avroya keçmişdi. Bu mövsüm Kalvin 306 dəqiqə meydanda olub, 1 qol vurub və 9 qolun ötürməsini verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO