Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı” SEÇİLDİ - Sumqayıt isə…

Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı” SEÇİLDİ - Sumqayıt isə…

Hazırda oxunan: Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı” SEÇİLDİ - Sumqayıt isə…

167984

Dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Bizim.Media xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.

Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçiliblər.
Kollegiyada, həmçinin 2025-ci il üçün “Gənclər Paytaxtı” da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.

Xatırladaq ki, bu il yanvarın 19-da keçirilmiş kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin “Gənclər Paytaxtı” seçilib.

Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı müzakirə edilərək qəbul olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO