“Qarabağ”ın rəqibi Bakıya baş məşqçisiz GƏLİR

“Qarabağ”ın rəqibi Bakıya baş məşqçisiz GƏLİR

Hazırda oxunan: “Qarabağ”ın rəqibi Bakıya baş məşqçisiz GƏLİR

167917

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken”də gözlənilməz ayrılıq baş verib.

Bizim.Media İsveç mətbuatına istinadən xəbər verir ki, adıçəkilən komandanın baş məşqçisi Per-Matias Höqmo vəzifəsindən ayrılmaq qərarına gəlib.

Norveçli mütəxəssis qərarını artıq rəhbərliyə və komandaya bildirib. 

Çünki 64 yaşlı mütəxəssis karyerasını başqa klubda davam etdirəcək. Düzdür, Höqmo İsveç millisində çalışmaq təklifi də alıb. Lakin o, Yaponiyanın “Urava Red Diamonds” klubunun təklifini müsbət cavablandırıb.

“Urava Red Diamonds” AFC Çempionlar Liqasının hazırkı çempionudur və bu ay keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcək. Buna görə rəhbərlik ən qısa müddətdə yeni baş məşqçisini təyin etmək niyyətindədir. Höqmonun “Hakken”dən ayrılması isə bu həftənin sonuna qədər rəsmiləşəcək.
Qeyd edək ki, İsveçdə mövsüm başa çatıb və “Hakken” 3-cü yeri tutub. Komandanın indi yalnız “Qarabağ”a qarşı Avropa Liqasının son görüşü qalıb. Höteborq təmsilçisinin heç bir iddiası qalmadığından, komandanı Azərbaycan çempionu ilə matça köməkçilərdən birinin çıxarması gözlənilir. 

“Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO