“Neftçi” “Araz-Naxçıvan”la oyunda xal itirdi - VİDEO

“Neftçi” “Araz-Naxçıvan”la oyunda xal itirdi - VİDEO

Hazırda oxunan: “Neftçi” “Araz-Naxçıvan”la oyunda xal itirdi - VİDEO

166201

Azərbaycan Premyer Liqasında XIV tur davam edir.

Bizim.Media xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

“Neftçi” doğma arenasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda hesabı 41-ci dəqiqədə meydan sahibləri açıblar. Müdafiəçi Yuri Matias növbəti qolunu vurub. Lakin “ağ-qaralar” üstünlüyü son dəqiqələrdə əldən verib. Orxan Əliyev 90+3-cü dəqiqədə başla dəqiq oynayaraq, komandasına 1 xal qazandırıb – 1:1.

Bu nəticədən sonra 5-ci pillədəki “Araz-Naxçıvan” xallarının sayını 21-ə, ondan bir addım geridə olan “Neftçi” isə 19-a çatdırıb.
Qeyd edək ki, əvvəlki oyunlarda “Qarabağ” “Sabah”ı (2:1), “Qəbələ” “Turan Tovuz”u (4:0) məğlub edib, “Səbail”lə “Kəpəz” qolsuz bərabərə qalıblar. Tura bu gün keçiriləcək “Sumqayıt” – “Zirə” matçı ilə yekun vurulacaq.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO