Boksçularımız Qazaxıstanda 4 medal qazandı - FOTO

Boksçularımız Qazaxıstanda 4 medal qazandı - FOTO

Hazırda oxunan: Boksçularımız Qazaxıstanda 4 medal qazandı - FOTO

166167

Qazaxıstanın Karaqanda şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir başa çatıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi 5 ölkədən 200-dək idmançının qatıldığı yarışda 2 qızıl və 2 gümüş medal qazanıb.

Komandamızın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) ikinci yeri tutublar. Azərbaycanlı hakim Asif Məmmədov isə yarışın ədalətli referisi seçilib.








Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO