Şahin Diniyev:

Şahin Diniyev: "1 xala da şükür etməliyik"

Hazırda oxunan: Şahin Diniyev: "1 xala da şükür etməliyik"

166078

“Çox istəyirdik ki, bu gün qalib gələk. Təəssüf ki, alınmadı”.

Bizim.Media xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 14-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis qolsuz başa çatan görüşü belə şərh edib:

“Qalib gəlməsək də, futbolçulardan razıyam. Rəqib 1 xal üçün gəlmişdi, istəyinə də nail oldu. Sadəcə bu gün bizim günümüz deyildi. Çünki xeyli qol şansı yaxalasaq da, onları dəyərləndirə bilmədik, Amma 1 xala da şükür etməliyik. Heyətimizdə zədəlilərin çoxluğu bizi rotasiyaya məcbur edir. Təbii ki, bu, səbəb deyil. Çünki yaxşı futbol sərgilədiyimizi düşünürəm. Məsələn, Zirədə 1 xal qazansaq da, həmin matçda komandamdan narazı qalmışdım. Bu gün yenə heç-heçə etdik. Amma oyundan razıyam”.

Diniyev matçın erkən saatlarda başlamasının komandanın çıxışına təsir etdiyini vurğulayıb:

“Oyunun günorta saatlarında keçrilməsinin də çıxışımıza təsiri oldu. Futbolçular sanki yuxulu idilər. Lakin bu, fors-major vəziyyətdir. Biz adətən axşam məşq edirik. Çünki axşam 6-8 arası güc olaraq futbolçu daha yaxşı vəziyyətdə olur. Bu matç üçün isə hər şey fərqli oldu. Adətən bizdə futbolçular oyun günü 12-də yuxudan oyanırlar. Bu gün isə artıq 2-də meydana çıxdıq. İnsanın bioloji iş qabiliyyəti yüksək olan vaxtlar var. Problem isə bizdən qaynaqlanmır. Böyük bir transformatorda problem var. 2-3 gündür bu problemin həll olunması üçün bir neçə şirkət işləyir. İnanıram ki, artıq növbəti ev oyununa kimi problem yoluna qoyulacaq”.

Diniyevi komandasını bombardiri Aleksandr Romalinqomu məcburiyyətdən meydana buraxdığını qeyd edib:

“Ramalinqomu meydana buraxmaq istəmirdim. Çünki elə olar bilərdi ki, bu gün qol vursun qalib gələk, amma sonradan 5 tur kənarda qalsın”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO