Millinin yeni baş məşqçisi kim olacaq? – AFFA-nın baş katibindən AÇIQLAMA  

Millinin yeni baş məşqçisi kim olacaq? – AFFA-nın baş katibindən AÇIQLAMA  

Hazırda oxunan: Millinin yeni baş məşqçisi kim olacaq? – AFFA-nın baş katibindən AÇIQLAMA  

165573

Bu gün AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.  

Bizim.Media xəbər verir ki, toplantıda millinin baş məşqçisi Canni De Byazi ilə yolların ayrılması qərara alınıb. 

İclasdan sonra AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Qurum rəsmisi yeni məşqçinin yerli, yoxsa əcnəbi olacağı ilə bağlı suala belə cavab verib: 

"Məşqçi təyinatı üçün dəqiq vaxt demək çətindir. Amma yanvara qədər yeni baş məşqçinin təyinatı üçün çalışacağıq. Çünki martda beynəlxalq yoldaşlıq oyunları olacaq. İstəyirik ki, ona qədər məşqçi komandaya uyğunlaşsın. Azərbaycan mentalitetinə, mədəniyyətinə uyğun namizədlər nəzərdən keçiriləcək. Yeni baş məşqçisinin 100 faiz yerli olacağını demək çətindir, amma yerli olmaq ehtimalı da az deyil”. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO