Azərbaycana məğlub olan İsveç millisinin baş məşqçisi İSTEFA VERDİ  

Azərbaycana məğlub olan İsveç millisinin baş məşqçisi İSTEFA VERDİ  

Hazırda oxunan: Azərbaycana məğlub olan İsveç millisinin baş məşqçisi İSTEFA VERDİ  

165248

Futbol üzrə İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.  

Bizim.Media xəbər verir ki, buna komandasının “AVRO-2024”ə vəsiqə qazana bilməməsi səbəb olub.

2016-cı ildən İsveç yığmasının “sükanı arxası”nda olan mütəxəssis Azərbaycanın da yer aldığı F qrupunu üçüncü pillədə başa vurub.  

Qeyd edək ki, Anderssonun komandası noyabrın 16-da Bakıda keçirilən oyunda Azərbaycana 0:3 hesabı ilə məğlub olub. Turun son görüşündə isə İsveç evdə Estoniyaya qalib gəlib (2:0), lakin bu qələbə komandanın yekun nəticəsinə müsbət təsir göstərməyib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO