“Sabah” basketbolçuları bağlanış oyununda asan qələbə qazandı

“Sabah” basketbolçuları bağlanış oyununda asan qələbə qazandı

Hazırda oxunan: “Sabah” basketbolçuları bağlanış oyununda asan qələbə qazandı

165136

“Sabah” Azərbaycan Basketbol Liqasının IV turunun bağlanış oyununda asan qələbə qazanıb.

Bizim.Media xəbər verir ki, son çempion “Sərhədçi”ni üstələyib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüşdə “Sabah” rəqibini 112:89 hesabı ilə məğlub edib.

Ən məhsuldar basketbolçular “Sabah”da Kivon Devenport (28 xal, 8 ribaund), “Sərhədçi”də isə Cekson Rid (22 xal, 7 assist) olub.
Qeyd edək ki, V turun oyunları (“Sərhədçi” – “Gəncə”, “Xırdalan” – NTD-INDIGO, “Cəlilabad” – “Sumqayıt”, “Neftçi” – “Sabah”, “Şəki” – “Xəzri”) 23-26 noyabr tarixlərində baş tutacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO