“Synergy Baku”x9d komandasında çıxış edən rusiyalı velosipedçi Kirill Pozdnyakov Azərbaycan vətəndaşlığını qəbul edib.
Moderator.az Reporta istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“Biz, tezliklə 2017-ci il mövsümü üçün tam heyətimizi elan edəcəyik, lakin bizim bir böyük xəbərimiz var: Kirill Pozdnyakov komandada qalacaq və Azərbaycan vətəndaşlığını qəbul edib”x9d, - deyə məlumatda bildirilir.
Pozdnyakovun 27 yaşı var. O, “Synergy Baku”x9dda karyerasına 2013-cü ildə başlayıb, 2014-2015-ci illərdə “Rusvelo”x9d komandasının şərəfini qoruyub. 2016-cı ildə Azərbaycan komandasına qayıdıb.
































































































