Basketbol millimiz Olimpiya Oyunlarında iştirak edə bilər

Basketbol millimiz Olimpiya Oyunlarında iştirak edə bilər

Hazırda oxunan: Basketbol millimiz Olimpiya Oyunlarında iştirak edə bilər

164232

Qadınlardan ibarət 3x3 yığma komandamız Paris 2024 Olimpiya oyunlarında iştirak etmək üçün təsnifat oyunları keçirəcək. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın komanda idman növlərində yaranmış bu tarixi şansı qızlarımız, ötən yay 3x3 basketbol üzrə keçirilmiş Dünya Qadın Seriyasının mərhələ turnirində qazandıqları reytinq xallarına görə əldə ediblər. 

Belə ki, Dünya Qadın Seriyasında dörd dəfə mərhələ qalibi olmuş "Neftçi" klubunun və yığmamızın heyətində iştirak etmiş qadın basketbolçularımızın topladıqları yüksək reytinq xallarına görə, millimiz iki təsnifat oyunu keçirəcək.
Qeyd edək ki, ilk təsnifat turniri 2024 -cü ilin 17-18 aprel tarixlərində baş tutacaq. İkinci təsnifat oyunlarının başlama tarixi isə 2024-cü ilin iyun ayına planlaşdırılır. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO