Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” klubunun hücumçusu Rafael Dvamena oyun vaxtı vəfat edib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı forvard Albaniya Superliqasının XIII turunda bu gün “Partizani”yə qarşı keçirilən matçın 24-cü dəqiqəsində huşunu itirərək yerə yıxılıb.
28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun ürəktutmadan öldüyü bildirilib.
Rafael Dvamenanın ürəyinə 2020-ci ildə kardioverter-defibrillyator cihazı quraşdırılıb.
Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsümün əvvəlindən “Eqnatiya” komandasında çıxış edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:12 / 11.11.2023
Azərbaycanlı futbolçunun komanda yoldaşı oyun zamanı öldü - FOTO
Hazırda oxunan: Azərbaycanlı futbolçunun komanda yoldaşı oyun zamanı öldü - FOTO
Hazırda oxunan: Azərbaycanlı futbolçunun komanda yoldaşı oyun zamanı öldü - FOTO
163942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.