UEFA-nın vitse-prezidenti istefa verdi

UEFA-nın vitse-prezidenti istefa verdi

Hazırda oxunan: UEFA-nın vitse-prezidenti istefa verdi

1639

UEFA-nın vitse-prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvü Mikele Uva vəzifəsindən ayrılıb.

Bizim.Media Report-a istinadən xəbər verir ki, italiyalı funksioner "Corriere dello Sport" nəşrinə açıqlamasında istefa verdiyini  bildirib.

Uva qərarını bu cür izah edib: "Peşəkar bacarıqlarımı qiymətləndirmək və qazandığım təcrübəyə, gözləntilərimə uyğun karyeramı davam etdirmək şansımın olacağına inanıram. Birlikdə keçirdiyimiz dörd il üçün UEFA-nın prezidenti, həqiqi lider, həmkarım Aleksander Çeferinə təşəkkür edirəm".

Qeyd edək ki, 2017-ci ilin aprelində UEFA İcraiyyə Komitəsinə üzv seçilən Mikele Uva sentyabrda isə vitse-prezident təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO