"İnter"də ciddi itki

Hazırda oxunan: "İnter"də ciddi itki

163207

"İnter" ciddi itki ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, Milan təmsilçisinin futbolçusu Benjamin Pavar zədələnib.  

O, İtaliya A Seriyasının 11-ci turunun "Atalanta" ilə səfər matçında sıradan çıxıb. 

Fransalı müdafiəçi ilk hissədə zədə səbəbindən  meydanı xərəkdə tərk edib. Bu gün səhər tibbi müayinədən sonra Pavara diz oynağının burxulması diaqnozu qoyulub. Onun dizindən əməliyyata ehtiyacı yoxdur, ancaq bir aya yaxın gips taxmaq məcburiyyətində qalacaq. Bu da o deməkdir ki, futbolçu ən az 1 ay oynaya bilməyəcək. 

Qeyd edək ki, bu mövsüm Benjamin Pavar "İnter"in heyətində 10 matç keçirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO