“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

Hazırda oxunan: “Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

163020

Azərbaycan Premyer Liqasında XII tur davam edir.

Bizim.Media xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Günün ilk matçında Qəbələnin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Qarşılaşmanın taleyini ikinci hissədə vurulan 2 qol həll edib. 60-cı dəqiqədə Dieqo Valdes, 90+4-cü dəqiqədə isə Rəhman Hacıyev meydan sahiblərini cəzalandırıblar.

Nəticədə rəqibini 2:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 18-ə çatdırıb. “Qəbələ” isə 8 xalda qalıb.
Tura bu gün keçiriləcək “Sabah” – “Zirə” (18:30) oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO