Rusiya millisinin sabiq futbolçusu narkotikə görə həbs olundu

Rusiya millisinin sabiq futbolçusu narkotikə görə həbs olundu

Hazırda oxunan: Rusiya millisinin sabiq futbolçusu narkotikə görə həbs olundu

162838

Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Buqayev həbs edilib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, onun üzərində narkotik maddə olan 495 qrama yaxın mefedron aşkarlanıb.  

Krasnodar məhkəməsinin çıxardığı qərara əsasən, 42 yaşlı Buqayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, satış məqsədilə narkotiklərin qeyri-qanuni dövriyyəsində ittiham olunur. 
Qeyd edək ki, Buqayev 2001-2010-cu illərdə Rusiyanın "Torpedo" (Moskva), "Tom", "Lokomotiv" (Moskva), "Ximki" və "Krasnodar" klublarında çıxış edib. 2004-2005-ci illərdə Rusiyanın əsas millisində 7 oyun keçirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO