"Qarabağ" müdafiəçilərindən biri ilə müqavilə müddətini artırmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin də əsas üzvlərindən birinə çevrilən Rahil Məmmədovla işbirliyinə davam etmək istəyir.
Məmmədovun müqavilə müddətinin bir illik artırılacağı gözlənilir.
27 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2024-cü il iyunun 30-na qədər qüvvədədir. Adıçəkilən futbolçu 2018-ci ildən "Qarabağ"ın formasını geyinir. O, Ağdam klubundan əvvəl "Neftçi" və "Səbail" komandalarında da çıxış edib. "Qarabağ"da olduğu dönəmdə isə futbolçu "Zirə"də icarə əsasında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:00 / 03.11.2023
“Qarabağ” müdafiəçisi ilə müqaviləni artırır
Hazırda oxunan: “Qarabağ” müdafiəçisi ilə müqaviləni artırır
Hazırda oxunan: “Qarabağ” müdafiəçisi ilə müqaviləni artırır
162777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.