Oyun zamanı huşunu itirən Bas Dost futbola fasilə verdi

Oyun zamanı huşunu itirən Bas Dost futbola fasilə verdi

Hazırda oxunan: Oyun zamanı huşunu itirən Bas Dost futbola fasilə verdi

162664

Bir neçə gün əvvəl oyun zamanı huşunu itirən "NEC Nijmegen"in hücumçusu Bas Dost karyerası ilə bağlı qəra verib. 

Bizim.Media xəbər verir ki, niderlandlı futbolçu bu barədə yerli mətbuata açıqlamsında bildirib ki, bir müddət futbol oynamayacaq: 

“Son günlərdə çoxlu testlər vermişəm. Məndə ürək əzələsinin iltihabı (miokardit) var. Səbəblər fərqli, nəticələri ciddi ola bilər. Bəxtim gətirdi ki, meydanda xilas oldum. Mənə kömək edənlərə necə minnətdar olduğumu sözlə ifadə edə bilmirəm. Tezliklə evə gedəcəm və tam sağalmaq üçün bir az dincəlməliyəm. Hələlik futbola fasilə verib yaxın gələcəyi ailəmlə keçirəcəyəm”. 
Qeyd edək ki, oktyabrın 30-da Erediviziyanın 10-cu turunun "Alkmaar"la oyununda 34 yaşlı futbolçu meydanın mərkəzində yıxılıb. Bundan sonra qıcolmaları başlayıb. Futbolçunu xərəkdə meydandan çıxaranda huşunu itirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO