Millimizin sabiq baş məşqçisinə yeni VƏZİFƏ VERİLİB 

Millimizin sabiq baş məşqçisinə yeni VƏZİFƏ VERİLİB 

Hazırda oxunan: Millimizin sabiq baş məşqçisinə yeni VƏZİFƏ VERİLİB 

162494

19 yaşadək (U-19) futzalçılardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Ağatahir Əzimov yeni vəzifəyə təyin olunub. 

Bizim.Media Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bundan sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək. 

Son 4 ildə U-19-a rəhbərlik etmiş A.Əzimov gənc və perspektivli futzalçıların U-19-a və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək. 
Qeyd edək ki, U-19 millimiz Ağatahir Əzimovun rəhbərliyi altında 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO