Minifutbolçularımız bu gün 1/8 final oyununa çıxacaq

Minifutbolçularımız bu gün 1/8 final oyununa çıxacaq

Hazırda oxunan: Minifutbolçularımız bu gün 1/8 final oyununa çıxacaq

162375

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, turnirdə yoluna davam edən Azərbaycan millisi bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.

Elşad Quliyevin yetirmələri G qrupunda keçirdikləri hər üç görüşdə qələbə qazanmışdılarsa, Portuqaliya H qrupunu ikinci pillədə başa vurub. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO