\

\"Bavariya\" qışda yeni futbolçu alacaq?

Hazırda oxunan: \"Bavariya\" qışda yeni futbolçu alacaq?

162355

"Bavariya"nın baş məşqçisi Tomas Tuhel klubun qış transfer pəncərəsi üçün planlarından danışıb. 

Bizim.Media xəbər verir ki, o, heyətə yeni oyunçular qatmaq niyyətində olduqlarını bildirib: 

“Biz bunun üzərində işləyirik. Yanvarda bir neçə həftə beynəlxalq turnirlərdə iştiraka görə çoxlu oyunçu itirəcəyik. Hər şey nəzarət altındadır. Yanvarda komandamızı gücləndirməyi planlaşdırırıq. Amma bilirik ki, bu, asan olmayacaq”. 
Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqanın turnir cədvəlində 23 xalla 2-cidir. Sıralamaya "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer" liderlik edir - 25 xal.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO