"Qalatasaray"ın müdafiəçisi Saşa Boey karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki. 23 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" və "Arsenal" maraqlıdır.
Bu barədə Fransanın "Sport" nəşri məlumat yayıb.
Premyer Liqa nəhəngləri qış transfer pəncərəsi zamanı fransalı sağ cinah müdafiəçisi üçün "sarı-qırmızılar"a rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Qalatasaray" Saşa Boeyi 2021-ci ilin yayında "Renn"dən transfer edib. Arxa xətt oyunçusu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 71 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:33 / 30.10.2023
İngiltərə klubları “Qalatasaray”ın futbolçusu ilə MARAQLANIR
Hazırda oxunan: İngiltərə klubları “Qalatasaray”ın futbolçusu ilə MARAQLANIR
Hazırda oxunan: İngiltərə klubları “Qalatasaray”ın futbolçusu ilə MARAQLANIR
162163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.