Renat Dadaşov qol vurdu, komandası uduzdu

Renat Dadaşov qol vurdu, komandası uduzdu

Hazırda oxunan: Renat Dadaşov qol vurdu, komandası uduzdu

161897

Türkiyə Super Liqasında 10-cu tura start verilib. 

Bizim.Media xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Kayserispor"u qəbul edib. 

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. 24 yaşlı forvard komandasının yeganə qolunun müəllifi olub. O, 86-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb. 10 turdan sonra aktivində 14 xal olan "Hatayspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 

"Hatayspor" - "Kayserispor" 1:2 

Qollar: Renat Dadaşov, 68 - Burak Bekaroğlu, 33 (avtoqol), Aylton Boa Morte, 47 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO