Azərbaycan güləşçisi dünya üçüncüsü oldu

Azərbaycan güləşçisi dünya üçüncüsü oldu

Hazırda oxunan: Azərbaycan güləşçisi dünya üçüncüsü oldu

161691

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə hindistanlı Nilam Nilama qalib gəlib. 

Bu gün mübarizəyə qoşulmuş Jalə Əliyeva (57 kq) isə finala vəsiqə qazanıb. 

Əsmər Cankurtaran (53 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) əvvəlki raundlarda uduzublar. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq), Vaxit Qalayev (125 kq) bürünc mükafata sahib olublar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO