"Araz-Naxçıvan" - "Qarabağ" oyununun məkanı dəyişdirildi

Hazırda oxunan: "Araz-Naxçıvan" - "Qarabağ" oyununun məkanı dəyişdirildi

161170

Misli Premyer Liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun keçiriləcəyi məkan dəyişdirilib.  

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək qadınlar arasında Millət Liqası çərçivəsində 31 oktyabrda oynanılacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib. 

“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib. Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan"  - "Qarabağ" oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19:00-da başlanacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO