Mahir Emreli ZƏDƏLƏNDİ 

Mahir Emreli ZƏDƏLƏNDİ 

Hazırda oxunan: Mahir Emreli ZƏDƏLƏNDİ 

160823

Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli zədələnib.  

Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviç yerli mətbuata açıqlamasında məlumat verib.  

26 yaşlı forvard komandanın dünən keçirilən məşqində baldırında ağrılar hiss edib. Baş məşqçi azərbaycanlı futbolçunun zədəsinin ciddi olmadığını bildirib.  
Qeyd edək ki, Mahir Emreli cari mövsümdə "Dinamo"nun heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO