“Neftçi” “Səbail”ə qalib gəldi, “Qarabağ”dan xal itkisi

“Neftçi” “Səbail”ə qalib gəldi, “Qarabağ”dan xal itkisi

Hazırda oxunan: “Neftçi” “Səbail”ə qalib gəldi, “Qarabağ”dan xal itkisi

160814

Bu gün Misli Premyer Liqasında 10-cu tur start götürüb.  

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.  

"Turan Tovuz" son çempion "Qarabağ"ı qəbul edib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib - 2:2.  

"Qarabağ" qələbəyə yaxın olsa da, "Turan Tovuz" son dəqiqə qolu ilə məğlubiyyətdən qurtulub. Bununla da Ağdam təmsilçisinin 4 oyunluq qələbə seriyasına son qoyulub.  

Günün son oyununda "Neftçi" səfərdə "Səbail"lə üz-üzə gəlib. Bu qarşılaşmada "Neftçi" son dəqiqələrdə vurduğu qollarla qalib gəlib - 2:4.  

Qeyd edək ki, turun digər oyunları 21 və 22 oktyabr tarixlərində keçiriləcək.  

20 oktyabr (cümə)  

20:30. “Səbail” – “Neftçi” - 2:4  

Qollar: David Qomis, 2 (1:0), Filip Ozobiç, 12 (1:1), Ataa Caber, 45+3 (1:2), Aleksandr Ramalinqom, 79 (2:2), Yuri Matias, 87 (2:3), Rəhman Hacıyev, 90+4 (2:4)  

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə  

“ASCO Arena”  

18:30. “Turan Tovuz” – “Qarabağ” - 2:2  

Qollar:
Juninyo, 7 (0:1), Oto Con, 46 (1:1), Leandro Andrade, 90 (1:2), Ayxan Hüseynov, 90+4 (2:2)  

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev  

Tovuz şəhər stadionu 21 oktyabr (şənbə) 

15:00. “Kəpəz” – “Zirə” 

Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev  

Tovuz şəhər stadionu  

18:00. “Sabah” – “Sumqayıt”  

Hakimlər:
Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu  

“Bank Respublika Arena”  

22 oktyabr (bazar)  

16:30. “Qəbələ”– “Araz-Naxçıvan”  

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev  

Qəbələ şəhər stadionu 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO