Messidən gələcəyi ilə bağlı AÇIQLAMA: “Sıfırdan başlayacağam” 

Messidən gələcəyi ilə bağlı AÇIQLAMA: “Sıfırdan başlayacağam” 

Hazırda oxunan: Messidən gələcəyi ilə bağlı AÇIQLAMA: “Sıfırdan başlayacağam” 

160483

"İnter Mayami"nin futbolçusu Lionel Messi klubunun MLS-in pley-off mərhələsinə çıxa bilməməsi səbəbindən qış transfer pəncərəsində icarəyə göndəriləcəyi xəbərlərinə münasibət bildirib. 

Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, o, ABŞ təmsilçisindən ayrılmağı düşünmədiyini deyib: 

“Xeyr, mən icarəyə getmək fikrində deyiləm. Məşq edəcəyəm, "Şarlotta" ilə qarşıdakı matçda oynayacağam və noyabrda keçiriləcək millinin oyunlarına ən yaxşı formada olmağa çalışacağam. Bundan sonra Argentinadakı tətilimdən həzz alacağam. Dekabrda ilk dəfədir ki, bayramlarda könül rahatlığı ilə, xalqımla daha çox istirahət edəcəyəm. Mövsümöncəsi hazırlıq üçün yanvarda yenidən qayıdacağam.
Mən sıfırdan başlayacağam və həmişə olduğu kimi, mövsümə mümkün qədər yaxşı hazırlaşacağam". 

Xatırladaq ki, daha əvvəl Messinin Səudiyyə Ərəbistanı çempionatından bir kluba icarəyə gedə biləcəyi barədə xəbərlər yayılmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO