“Neftçi”nin futbolçusu “Zirə”yə KEÇƏ BİLƏR 

“Neftçi”nin futbolçusu “Zirə”yə KEÇƏ BİLƏR 

Hazırda oxunan: “Neftçi”nin futbolçusu “Zirə”yə KEÇƏ BİLƏR 

160360

"Neftçi"nin forvardı Yeqor Boqomolski Belarusa qayıda bilər.   

Bizim.Media xəbər verir ki, forvardın xidmətində BATE maraqlıdır.  

Belarusdan onu istəyən tək klub isə Borisov təmsilçisi deyil.  

Belə ki, yüksək liqanın daha bir neçə təmsilçisi Yeqoru icarəyə götürmək istəyir. "Zirə"nin də icarəyə götürmək istədiyi Boqomolskinin karyerasına harada davam edəcəyi hələ ki, dəqiqləşməyib.  

Qeyd edək ki, yayda da qəsəbə təmsilçisi 23 yaşlı hücumçunu heyətinə qatmaq niyyətində olub, amma sonda keçid baş tutmayıb. Yeqor 2022-ci ilin yayında “Minsk”dən “Neftçi”yə transfer olmuşdu və "ağ-qaralar"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq. Bundan əvvəl isə forvard "Dinamo”(Minsk), “Rux” klublarının formasını geyinib. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO