Millimiz azlıqda qalan rəqibinə uduzdu

Millimiz azlıqda qalan rəqibinə uduzdu

Hazırda oxunan: Millimiz azlıqda qalan rəqibinə uduzdu

159597

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, milli “Azersun Arena”da bundan əvvəl iki matçda da uduzan Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

Şimali İrlandiya yığması 37-ci dəqiqədən meydanda azlıqda qalsa da, Azərbaycan millisi bu üstünlükdən yararlanma bilməyib və rəqibinə uduzub - 0:1. Görüşün 38-ci dəqiqəsində Azərbaycan yığmasının üzvü Camal Cəfərov penaltidən yararlana bilməyib. 
F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq. 

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub. 

12 oktyabr 

18:00. Azərbaycan U-21 - Şimali İrlandiya U-21 - 0:1 

Qol: Kiaran Makkuckin, 19 

Qırmızı vərəqə: Aaron Donli, 37 (Şimali İrlandiya) 

Baş hakim: Georgi Davidov (Bolqarıstan) 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO