\

\"Napoli\" prezidenti: \"Baş məşqçimiz İtaliya futbolunu bilmir\" 

Hazırda oxunan: \"Napoli\" prezidenti: \"Baş məşqçimiz İtaliya futbolunu bilmir\" 

159252

"Napoli"nin prezidenti Aurelio De Laurentis komandanın son uğursuz nəticələrindən və hazırkı baş məşqçisi Rudi Qarsiyadan danışıb. 

Bizim.Media xəbər verir ki, o, Qarsiyanın İtaliya futbolunu dərindən bilmədiyini qeyd edib: 

“İndi Rudi Qarsiya üçün yaxşı zaman deyil. O, İtaliya futbolunu o qədər də yaxşı bilmir. Belə məşqçi seçəndə bu cür hallar baş verir. Komanda hazırda yaxşı nəticələr qazanmır. Ən yaxşı qərarı doğru zamanda verəcəm". 
Xatırladaq ki, daha öncə mətbuatda “Napoli”nin menecerləri və məşqçisinin iştirakı ilə yığıncaq keçirildiyi, orada komandadakı mövcud vəziyyətin müzakirə edildiyi barədə məlumat yayılmışdı.

Yaxın vaxtlarda "Napoli"nin klubunun rəhbərliyinin 59 yaşlı mütəxəssisin gələcək taleyi ilə bağlı qərar verəcəyi vurğulanıb. 

Xatırladaq ki, Qarsiya bu ilin iyununda “Napoli”yə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda bu mövsüm 8 turdan  14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO