“Gəncə” rusiyalı voleybolçu TRANSFER ETDİ 

“Gəncə” rusiyalı voleybolçu TRANSFER ETDİ 

Hazırda oxunan: “Gəncə” rusiyalı voleybolçu TRANSFER ETDİ 

158769

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini yeni oyunçu ilə gücləndirib.  

Bizim.Media xəbər verir ki, komanda rusiyalı voleybolçu Anna Dmitrieva ilə birillik müqavilə imzalayıb.  

Voleybolçu son mövsümü Rusiyanın “Peterburq-Qaz” komandasında keçirib. Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir.  

Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO