Futzal millimiz Qazaxıstana məğlub oldu

Futzal millimiz Qazaxıstana məğlub oldu

Hazırda oxunan: Futzal millimiz Qazaxıstana məğlub oldu

158698

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, yığma 3-cü turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.  

Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə yekunlaşıb. Hadi Ahmadinin 12-ci dəqiqədə vurduğu qol sayəsində millimiz fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.  

Qonaqlar ikinci hissənin əvvəllərində bərabərlik topunu vurublar. Bundan ruhlanan rəqib daha 3 qol vurmağa nail olub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə yığmamızın heyətində Maneka qoyub.  
Beləliklə, millimiz doğma meydanında rəqibinə 2:4 hesabı ilə məğlub olub. Qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO