“Kəpəz”in yeni legionerləri Gəncəyə gəldi

“Kəpəz”in yeni legionerləri Gəncəyə gəldi

Hazırda oxunan: “Kəpəz”in yeni legionerləri Gəncəyə gəldi

157852

“Kəpəz”in danışıq apardığı legionerlər artıq Gəncədədir. 

Bizim.Media xəbər verir ki, söhbət  malili forvard Adama Diane və portuqaliyalı qolkiper İqor Rodrogesdən gedir. 

Afrikalı hücumçunun son klubu İranda “Nassaji” klubu olub. O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb. Adama peşəkar karyerasında meydana çıxdığı 204 görüşdə 49 qol, 13 asistlə yadda qalmağı bacarıb. 
Avropalı qapıçının isə son klubu ölkəsində “Feyrense” olub. O, həmçinin Portuqaliyanın “Şaviş”, “Eştoril”, “Sportinq Kovilya” klubunda və “Benfika”nın əvəzedici heyətində çıxış edib. Hər iki legionerin növbəti tur üçün sifariş olunacağı gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO