Gəncənin stadion dərdi bitir: 16 minlik arena TİKİLƏCƏK

Gəncənin stadion dərdi bitir: 16 minlik arena TİKİLƏCƏK

Hazırda oxunan: Gəncənin stadion dərdi bitir: 16 minlik arena TİKİLƏCƏK

157295

Azərbaycanın ikinci şəhəri olan Gəncənin stadion problemi birdəfəlik həll olunacaq.

Bizim.Media xəbər verir ki, artıq bununla bağlı dövlət tərəfindən əməli işlərə start verilib.

Belə ki, Gəncədə yeni 16 minlik stadion tikiləcək. Artıq yaxın günlərdə inşaat işlərini aparacaq şirkət indiki stadionun söküntüsünə başlayacaq.

Tikinti işlərinin 2025-ci ilin birinci yarısında başa çatdırılması gözlənilir. Bu müdddətdə "Kəpəz" ev oyunlarını başqa şəhərdə keçirməli olacaq. Yeni stadionun tikintisinə birbaşa olaraq Gənclər və İdman Nazirliyi nəzarət edəcək.

Bu yaxınlarda 2025-ci ildə ölkəmizdə təşkil olunacaq 3-cü MDB Oyunlarının məhz Gəncəyə salınması barədə qərar qəbul olunub. Stadionun tikintisinin həmçinin bu yarışla bağlı olduğu bəlli olub. Çünki yarışların açılış mərasimi məhz Gəncə şəhər stadionunda olmalıdır. Hazırkı arena isə tələblərə cavab vermir.
Qeyd edək ki, hələ ötən əsrin 60-cı illərində tikilən arena artıq istismar müddətini başa vurub. Hətta stadionun tribunaları qəzalı vəziyyətdə olduğu üçün PFL yalnız 3 minə qədər azarkeşin matçlara buraxılmasına icazə verilib.  

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO