Musa Qurbanlının komandası məğlub oldu

Musa Qurbanlının komandası məğlub oldu

Hazırda oxunan: Musa Qurbanlının komandası məğlub oldu

156789

Futbol üzrə İsveç çempionatında 24-cü turun görüşləri keçirilir. 

Bizim.Media xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə AİK-in qonağı olub. Stokholm derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu oyunun iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 53-cü dəqiqədə əvəzlənib.
24 turdan sonra 40 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO