“Sabah” qapıçıları ilə müqaviləni uzatdı

“Sabah” qapıçıları ilə müqaviləni uzatdı

Hazırda oxunan: “Sabah” qapıçıları ilə müqaviləni uzatdı

156734

“Sabah” qapıçıları – Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Belə ki, hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir. 

Qeyd edək ki, Yusif “Sabah” Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/22 mövsümündən əsas komandasına cəlb olunur və burda ümumilikdə 52 oyun keçirib. İmanov əsas millimizin üzvüdür. 
Rüstəm isə 2021-ci ildən “Sabah”da çıxış edərək, eyni zamanda U-21 yığmamızın üzvüdür.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO