“Sevilya”nın dünyaca məşhur futbolçusu Serxio Ramos La Liqanın tarixinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədəBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
37 yaşlı müdafiəçi 5-ci turda “Las Palmas”la (1:0) görüşdə meydana çıxıb.
Ramosun “Sevilya”nın heyətində birinci dönəmindəki son oyunu ilə komandaya qayıtdıqdan sonra meydana çıxdığı ilk görüş arasında 18 il 20 gün fərq var. Bu isə La Liqa tarixində bir futbolçunun eyni klubda ardıcıl iki oyunu arasındakı ən uzun fərqdir.
Ulduz futbolçu 17 il 216 gündən sonra “Vilyarreal”a qayıdan Pepe Reynanın rekordunu yeniləyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:28 / 24.09.2023
Ramos La Liqada ilkə imza atdı
Hazırda oxunan: Ramos La Liqada ilkə imza atdı
Hazırda oxunan: Ramos La Liqada ilkə imza atdı
156689
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.