Ançelottinin Madrid derbisi öncəsi Arda Güler qərarı

Ançelottinin Madrid derbisi öncəsi Arda Güler qərarı

Hazırda oxunan: Ançelottinin Madrid derbisi öncəsi Arda Güler qərarı

156687

"Real"ın futbolçusu Arda Güler La Liqanın 6-cı turunda "Atletiko"ya qarşı matçda oynamayacaq. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti məlumat verib.  

O, zədəsini yeni sağaldan Türkiyə millisinin üzvünün sözügedən görüşün iştirak ərizəsində yer almayacağını bildirib. 18 yaşlı oyunçunu oktyabrın ortalarından etibarən "kral klubu"nun matçlar üçün heyətində yer alacağı gözlənilir. 

Qeyd edək ki, sabah keçiriləcək "Atletiko" - "Real" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Xatırladaq ki, yayda "Real"a transfer olan A.Güler yeni klubunda zədə səbəbindən hələ debüt edə bilməyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO