Qurban Qurbanov: “Bu qalibiyyəti ordumuza həsr edirəm” - VİDEO

Qurban Qurbanov: “Bu qalibiyyəti ordumuza həsr edirəm” - VİDEO

Hazırda oxunan: Qurban Qurbanov: “Bu qalibiyyəti ordumuza həsr edirəm” - VİDEO

156404

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Molde"yə Bakıda qalib gəldikləri matç (1:0) haqqında fikirlərini bölüşüb. 

Bizim.Media xəbər verir ki, mütəxəssis görüşdən sonra "CBC Sport"a açıqlamasında qələbəni Azərbaycan xalqına, Azərbaycan Ordusuna həsr etdiklərini vurğulayıb:  
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə BAŞLADI - VİDEO


"Nəticə öz yerində, həqiqətən də möhtəşəm oyun oldu. Meydanda çox intizamlı bir komanda, bir-birini tamamlayan futbolçular var idi. Bu məni çox sevindirdi. Həm nəticə, həm də oyuna görə futbolçularımı təbrik edirəm.

Qələbəni bütün xalqımıza, Ordumuza, əsgərlərimizə həsr edirik. Sanki onların gücü bizimlə idi. Matçdan əvvəl də futbolçularla danışmışdıq. Deyirdik ki, həddindən artıq aqressiv olmamalıyıq, bu, bizə problem yarada bilər. Futbolçular sonadək intizamlı oldular və layiqli qələbə qazandılar". 

Bugünkü oyunda "Qarabağ"ın qapısını yeni transfer Andrey Lunyov qoruyub. Q.Qurbanov bu seçimlə bağlı da danışıb:

"Lunyov normal çıxış etdi. Bizimlə avrokuboklarda ilk oyunu idi. Uzun zamandır ki, belə matçlarda iştirak etməmişdi. Lunyov bu gün özünü çox sərbəst və təcrübəli qapıçı kimi göstərdi. Amma bu, onu rahat etməli deyil. Bu gün bəlkə də futbolçularımzın oyunu tam alındı. Amma qarşıdakı oyunlarda fərqli də ola bilər. Ona görə də rahatlıq olmamalıdır". 

O, Redon Cicanın oyunun iştirak ərizəsində yer almaması haqda da danışıb:

"Dünən məşq zamanı Cicanın ayağında zədə oldu. Gördüyünüz kimi, "23-lük"də də yox idi. Sürəti daha da artırmaq üçün bu gün sanki ona da ehtiyac var idi. Juninyo yorulsa da, yaxşı çıxış etdi". 

Qrupun digər görüşündə "Bayer" "Hakken"i 4:0 hesabı ilə darmadağın edib. Hazırda qrupda həm "Bayer"in, həm də "Qarabağ"ın 3 xalı var. Q.Qurbanov bu barədə deyib:

"Molde" ilə matçdan sonra bizə qarşı daha ciddi yanaşacaqlar. Bizim dəfələrlə belə oyunlarımız olub. Rəqiblər ilk matçlardan sonra bizə qarşı daha ciddi hazırlaşıblar. Bəzən şansımızı itirmişik. Çox istəyirəm ki, bu tempi qoruyub saxlayaq, heç bir rəqibə qarşı öz oyunumuzu itirməyək. Çalışacağıq ki, daha soyuqqanlı olaq".  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO