Dünya çempionatı: Sərbəst güləşçilərimiz 5-ci yeri tutdu

Dünya çempionatı: Sərbəst güləşçilərimiz 5-ci yeri tutdu

Hazırda oxunan: Dünya çempionatı: Sərbəst güləşçilərimiz 5-ci yeri tutdu

156084

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə yarışa yekun vurulub.  

Bizim.Media xəbər verir ki, iki gümüş medal əldə edən millimiz 66 xalla komanda hesabında 5-ci yeri tutub.  

Ötən il yığmamız 2 bürüncmedal qazanaraq 42 xalla 8-ci yeri tutmuşdu. Yığmamız 6 olimpiya çəkisindən cəmi birində (97 kq) Olimpiadaya vəsiqə qazanıb. 

Bu yarışda ilk “3-lük”də müvafiq olaraq ABŞ (148), İran (110) və Gürcüstan (80) yer alıb. 

Gələn il 2 lisenziya turniri keçiriləcək. 4-7 apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə ilk 2 yerin sahibi, 9-12 mayda İstanbulda baş tutacaq Dünya Olimpiya Təsnifat turnirində isə ilk 3 yerin sahibi Paris Olimpiadasına vəsiqə qazanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO