Buffonun yeni işi müəyyənləşdi

Buffonun yeni işi müəyyənləşdi

Hazırda oxunan: Buffonun yeni işi müəyyənləşdi

153831

İtaliya futbolunun canlı əfsanələrindən olan Canluci Buffonun yeni iş yeri müəyyənləşib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ötən ay 45 yaşında oyunçu karyerasını bitirən veteran qapıçı İtaliya millisində çalışacaq. 

Baş məşqçi Luçano Spalettinin köməkçisi təyin edilən Buffon qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.  
1997-ci ildən İtaliya millisində oynayan Buffon 2018-ci ildə yığmadakı karyerasını bitirib. 

Qolkiper 5 dünya çempionatında (1998, 2002, 2006, 2010, 2014) iştirak edib. 2006-cı ildə o, mundialın qalibi olub və turnirin ən yaxşı qapıçısı seçilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO