\

\"Araz-Naxçıvan\" \"Kəpəz\"i Gəncədə məğlub etdi - VİDEO

Hazırda oxunan: \"Araz-Naxçıvan\" \"Kəpəz\"i Gəncədə məğlub etdi - VİDEO

153463

Azərbaycan Premyer Liqasında V turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün turun daha bir görüşü keçirilib.

Günün ilk matçında “Kəpəz”lə “Araz-Naxçıvan” Gəncədə üz-üzə gəliblər. Hər iki komandanın 4 xalla 8-9-cu yerləri bölüşdürməsi matçın prinsipiallığını artırırdı.

Mövsümün startında “Neftçi” və “Qarabağ”ı büdrədən “Kəpəz” budəfəki rəqibi ilə bacarmayıb. Naxçıvan təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb. 40-cı dəqiqədə penaltidən fərqlənən Orxan Əliyev beş dəqiqə sonra dublunu rəsmiləşdirib.

Mate Kvirkviyanın 78-ci dəqiqədə penaltidən vurduğu qol isə "Kəpəz" üçün təsəlli topu olub. Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 7-yə yüksəldib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”a (3:0), “Neftçi” “Sumqayıt”a (1:0) səfərdə, “Qəbələ” isə “Zirə”yə (1:0) evdə qalib gəlib. V tura bu gün keçiriləcək “Səbail” - “Qarabağ” (19:30) görüşü ilə yekun vurulacaq.

 


 
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO