“Qəbələ” “Zirə”yə ilk məğlubiyyəti yaşatdı - VİDEO 

“Qəbələ” “Zirə”yə ilk məğlubiyyəti yaşatdı - VİDEO 

Hazırda oxunan: “Qəbələ” “Zirə”yə ilk məğlubiyyəti yaşatdı - VİDEO 

153363

Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.  

Əvvəlcə cari mövsümə çox pis başlamış “Qəbələ” doğma meydanda ardıcıl 4 qələbə qazanmış “Zirə”ni sınağa çəkib. Lider bu oyunda ilk dəfə məğlub olub. Günün digər matçında “Sumqayıt” “Neftçi” ilə üz-üzə gələcək.  
Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Turan Tovuz”a 0:3 hesabıyla məğlub olub.  

“Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail”– “Qarabağ” görüşləri sabah baş tutacaq.  

Misli Premyer Liqası  

5-ci tur  

2 sentyabr “Qəbələ” – “Zirə” 1:0  

Qol: Rauf Hüseynli, 20.  

Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə  

Qəbələ şəhər stadionu, 18:00. 
 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO