Qurban Qurbanov: “Rəqibə qarşı Bakıda daha diqqətli olmalıyıq”

Qurban Qurbanov: “Rəqibə qarşı Bakıda daha diqqətli olmalıyıq”

Hazırda oxunan: Qurban Qurbanov: “Rəqibə qarşı Bakıda daha diqqətli olmalıyıq”

152988

"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Olimpiya"nı qəbul edəcək.  

Bizim.Media xəbər verir ki, qarşılaşmadan əvvəl baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:  

- Qrup öncəsi son oyunumuzdur. İlk matçda qalib gəlmişik. Amma bu komandaya qarşı Bakıda daha da ciddi olmalıyıq. Çünki öz oyun üslubları var. Ona görə də heç bir an boşalmaq olmaz. "Olimpiya"nın son çempionat matçına baxdıq.

Uduzdular, amma hesab fərqli olmalı idi. Şanslardan istifadə edə bilmədilər. Futbolçuları bu oyuna tam kökləməyə çalışmışıq. Sabah yaxşı oyun və yaxşı mübarizə aparıb, sərfəli nəticə əldə etməyə çalışacağıq. Futbolçularıma inanıram, güvənirəm. 

- Sabah sizə ən yaxşı oyununuzu göstərməyə nə mane ola bilər?  

- Tam açıqlaya bilmərəm. Hesab bizi aldatmalı deyil. "Olimpiya"nın potensialı çox yüksəkdir. Sabah onlar çəkinməyəcək, riskə gedəcəklər. Biz daha aqressiv və ciddi olmalıyıq. Başqa şey haqda düşünməli deyilik. Futbolçular daha yaxşı bilir. Oyunu analiz etdik. Gördülər ki, 2:0 hesabı ilə qalib gəlsək də, asan olmayıb. Oyunun içində olmalıyıq.  

- Bədavi Hüseynov və Patrik Andrade nə vaxt qayıdacaq? 

 - Vaxt var hələ. Patrik iki həftədən tez qayıtmayacaq. Bədavi də bəlkə iki həftə sonra məşqlərə başlayacaq. Yüngül zədələr deyil. Hər ikisində cidddir.  

- Transfer işlərində aktivlik var?  

- Biz aktivik. Nəzərdən keçiririk. Sadəcə son günlərdə "rəqib" tərəfdən passivlik var. Son ana qədər iş başında olacağıq. Bizə uyğun, faydalı oyunçu olsa, mütləq komandamızda görmək istəyərik. Futbolçular sıx qrafikdə oynayırlar. Ona görə əldə daha çox oyunçuya ehtiyac var. Komandanı gücləndirmək barədə indi daha çox düşünürük. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO