“Turan Tovuz” “Səbail”ə məğlub oldu - VİDEO  

“Turan Tovuz” “Səbail”ə məğlub oldu - VİDEO  

Hazırda oxunan: “Turan Tovuz” “Səbail”ə məğlub oldu - VİDEO  

152469

Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, bu gün daha iki görüş baş tutub.  

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.  

Günün digər matçı lider “Zirə” ilə “Sabah” arasında baş tutacaq.  

Xatırladaq ki, ilk oyun günündə “Araz-Naxçıvan”la “Sumqayıt”ın görüşü heç-heçə bitib – 1:1. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası 4-cü tur  

26 avqust “Turan Tovuz” – “Səbail” 1:3  

Qollar: Roderik Miller, 84 – Aleksandr Ramalinqom, 5. Yusif Nəbiyev, 62. Ağabala Ramazanov, 90.

Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı.  

Tovuz şəhər stadionu, 17:00. 
 


 
 
 
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO